MADDƏLƏR MÜBADİLƏSİ

maddələrin biogeokimyəvi dövranı – maddələrin biosferdə dövri olaraq çevrilməsi və qarışması; onların mühüm nizamlayıcısı ekosistemlər olub orada elementlərin əsas hissəsi çoxsaylı daxili dövrlərini başa vurub (kiçik dövrlər: biota-biosenotik mühit). Bu xüsusilə suya, karbon qazına, oksigenə, azota, fosfora, kükürdə, dəmirə, maqneziuma və metabolizm proseslərində iştirak edən senoekosistemin biotrof, allelopatik və allelopolik kanallarından keçən digər maddələri.
LYUKSMETR
MAĞARA
OBASTAN VİKİ
Maddələr mübadiləsi
== Maddələr mübadiləsinin ümumi sxemi == Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir. Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların sintezlənməsində istifadə ediləcək. Xarici ətrafdan alınan orqanik və ya qeyri-üzvi molekullar, ya əvvəl parçalanaraq, məhvə uğradılaraq ya da məhv gərək qalmadan lazımlı molekulların sintezlənməsində istifadə edilir. Daha kompleks quruluşdakı mollekullardan ibarət olan maddələrin orqanizmdə, daha sadə quruluşlu molekullara dağıtması proseslərinə maddələr mübadiləsinin katabolizma prosesləri deyirlər. Daha sadə quruluşdakı mollekulların, daha kompleks quruluşdakı mollekulların sintezində istifadə edilməsi isə anabolizma tepkimeleridir. Orqanizmdə bir reaksiyanın başlanğıc maddəsindən məhsula çevrilməsi müddətində meydana gələn kimyəvi dəyişikliklərə ara maddələr mübadiləsi, bu dəyişikliklər əsnasında meydana gələn ara məhsullara metabolitlər adı verirlər. Maddələr mübadiləsini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: Həzm mədə-bağırsaqda həzmedici fermentlərin (pepsin, tripsin, ximotripsin və s.) təsiri ilə mürəkkəb tərkibli qida kiçikmolekullu birləşmələrə çevrilir və müxtəlif metobolizmə uğrayır; Bağırsaqlarda sorulma gedir. Həzm edilmiş maddələr qana daxil olur və qan vasitəsi ilə müxtəlif üzv və toxumalara çatdırılır; Daşınan maddələrin qurulması və həmin orqanizm üçün xarakter olur; Daxil olmuş birləşmələr əlavə və son məhsullara parçalanır; Mübadilə olunmuş son məhsullar orqanizmdən xaric olur. == Orqanizmin əsas karbohidratları == Ən qiymətli bioloji karbohidratlar nişasta və qlikogen polisaxaridləridir.
Maddələr
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Cisimlər maddədən əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranıb. Onları ancaq xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardıb. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.
Hemproteidlərin mübadiləsi
Hemproteidlərin mübadiləsi – toxuma və hüceyrələrdə hemoqlobin və porfirinin sintezi və parçalanmasıdır. == Hemproteidlərin sintez edilməsi və parçalanması prosesi == Hemproteidlərin sintez edilməsi və parçalanması iki əsas səbəbə görə tədqiqatçıların və həkimlərin diqqətini cəlb edir. Birincisi — hemoqlobinin xlorofilləşməsində sitoxromlar olduqca geniş miqyasda bioloji vacib rol oynadıqlarına görə, başqa sözlə, porfirin halqası molekulda mərkəzi rol oynayır və metal ionları ilə koordinasion əlaqə əmələ gətirir. İkincisi, porfirinin sintezinin və parçalanması, onların zülal ilə kompleks əmələ gətirməsi insan orqanizminin funksiyalarını pozur və xəstəliyin inkişafına səbəb olur. İnsan orqanizmində 4,5–5 qram dəmir olur. Bunun 60–70 faizi hemoqlobinin payına düşür. 3–5% isə mioqlobinin, 20 faizi (17-dən 23%-ə qədər) ferritin, təxminən 0,18 faizi transferrinin və toxumalarının funksional dəmiri 5 faizə qədər olur. Orqanizmdə dəmirin miqdarı qida ilə daxil olanın bağırsaqlarda sorulma intensivliyindən asılıdır. Onun artıq miqdarı bağırsaqlar tərəfindən sorulmur. Müxtəlif anemiya hallarında dəmirə olan tələbat kəskin artır.
Karbohidrat mübadiləsi
Karbohidrat mübadiləsi — Karbohidrat mübadiləsi canlı orqanizmlərdə karbohidratların metabolik formalaşması, parçalanması və qarşılıqlı çevrilməsindən məsul olan bütün biokimyəvi proseslərdir. Karbohidratlar bir çox əsas metabolik yolların mərkəzidir. Bitkilər fotosintez yolu ilə karbon dioksid və sudan karbohidratlar sintez edərək, günəş işığından udulmuş enerjini daxildə saxlamağa imkan verir. Heyvanlar və göbələklər bitkiləri istehlak etdikdə, enerjini hüceyrələrə çatdırmaq üçün bu yığılmış karbohidratları parçalamaq üçün hüceyrə tənəffüsündən istifadə edirlər. Həm heyvanlar, həm də bitkilər sərbəst buraxılan enerjini müxtəlif hüceyrə proseslərində istifadə etmək üçün müvəqqəti olaraq ATF kimi yüksək enerjili molekullar şəklində saxlayırlar. İnsanlar müxtəlif karbohidratlar istehlak edə bilər, həzm mürəkkəb karbohidratları maddələr mübadiləsi üçün bir neçə sadə monomerə (monosaxaridlərə) parçalayır: qlükoza, fruktoza, mannoz və qalaktoza. Qlükoza toxumalardakı hüceyrələrə paylanır, burada parçalanır və ya qlikogen kimi saxlanılır. Aerob tənəffüsdə qlükoza və oksigen enerjini buraxmaq üçün metabolizə olunur, karbon dioksid və su son məhsuldur. Fruktoza və qalaktozanın çoxu qaraciyərə gedir və burada qlükoza və yağa çevrilə bilər . Bəzi sadə karbohidratlar, daha mürəkkəb karbohidratlardan yalnız bir neçəsi kimi öz fermentativ oksidləşmə yollarına malikdir.
Yağ mübadiləsi
Lipid metabolizmi hüceyrədə lipidlərin sintez və parçalanma reaksiyaları bütünüdür. Bu mexanizmlərə enerji əldə etmək üçün yağların parçalanması və ya ehtiyat olaraq saxlanması, membran kimi hüceyrəvi strukturlardakı lipidlərin, eləcə də, funksional lipidlərin biosintezi daxildir. Ümumi "lipidlərə" neytral yağların bir qrupu və lipoidlər aiddir. Bu sinfə daxil olan birləşmələrin əsas fiziki xassəsi üzvi həlledicilərdə (benzol, petrolein efiri, xloroform, benzin, aseton, dietilefiri və s.) yaxşı, suda isə çox pis həll olmasıdır. Lipidləri kimyəvi tərkiblərinə görə aşağıdakı qruplara bölürlər:a) yağlar (neytral yağlar, yaxud triqliseridlər); b) böyükmolekullu alifatik turşular; c) fosfatitlər (fosfolipidlər); ç) serebrozidlər, sterin və steridlər; d)qanqliozidlər; ə) mum və mumabənzər maddələr. Yağlar və lipidlər insan və heyvan orqanizmində böyük rol oynayır. Ehtiyat yağları orqanizmin enerji mənbəyidir. Onlar hüceyrə protoplazmasının struktur komponentlərindən biridir. Yağların hidrolitik parçalanması bir neçə mərhələdə davam edir. Lipaza, əsasən, triqliserid molekulunun alfa-efir birləşməsinə təsir göstərir.
İstilik mübadiləsi
İstilik mübadiləsi — İqlimin vacib cəhətlərindən olan atmosferin istilik rejimi atmosfer havası və ətraf mühit arasındakı istilik mübadiləsi ilə müəyyən olunur. Bu zaman ətraf mühit kimi kosmik fəza və qonşu hava kütləsi və yer səthi başa düşülür. İstilik mübadiləsi radiasiya yolu ilə, başqa sözlə havadan şüalanma və Günəş radiasiyasının hava ilə udulması yolu ilə reallaşır. Digər tərəfdən bu hava və yer səthi arasında istilikkeçirmə və atmosfer daxilində turbulentlik vasitəsilə baş verir. Yer səthi və atmosfer arasında istilik mübadiləsi həm də buxarlanma və növbəti kondensasiya zamanı baş verə bilər. Troposferdə günəş radiasiyasının birbaşa udulması çox azdır, belə ki, o havanın temperaturunu gün ərzində 0,50C qaldıra bilər. Havadan uzundalğalı şüalanma vasitəsilə istiliyin itməsi bir qədər daha çoxdur. Atmosferin istilik rejimi üçün istilikkeçirmə vasitəsilə yer səthi ilə istilik mübadiləsi həlledici əhəmiyyət daşıyır. Yer səthi ilə birbaşa təmasda olan hava kütləsi onunla molekulyar istilikkeçirmə yolu ilə istilik mübadiləsi edir. Atmosferdə daha effektiv istilik mübadiləsi turbulent istilikkeçirmə yolu ilə gedir.
Valyuta mübadiləsi
'Qalın mətn'Valyuta mübadiləsi — fərqli dəyər tarixləri olan eyni məbləğ üçün iki əks konvertasiya əməliyyatının birləşməsidir. Mübadiləyə gəldikdə, daha yaxın əməliyyatın icra tarixi dəyər tarixi adlanır və daha uzaq əks əməliyyatın icra tarixi mübadilənin bitmə tarixidir. Valyuta mübadiləsi əməliyyatlarının əksəriyyəti 1 ilə qədər müddətə bağlanır. Əgər tarixdə ən yaxın konvertasiya əməliyyatı valyutanın alınmasıdırsa (adətən əsas olan), daha uzaq olanı isə valyutanın satışıdırsa, belə mübadilə "alıb/satılmış" adlanır. Əgər başlanğıcda valyutanın satışı üzrə əməliyyat həyata keçirilirsə və əks əməliyyat valyutanın alınmasıdırsa, bu mübadilə "satılmış/alıb" adlanacaq. Bir qayda olaraq, valyuta mübadiləsi əməliyyatı bir qarşı tərəflə həyata keçirilir, yəni hər iki konvertasiya əməliyyatı eyni bankla həyata keçirilir. Bununla belə, mübadilə fərqli banklarla bağlanmış eyni məbləğə fərqli dəyər tarixləri olan iki əks konvertasiya əməliyyatının kombinasiyası adlandırmağa icazə verilir — bu qurulmuş mübadilədir. Mübadilə xətti — müxtəlif ölkələrin iki mərkəzi bankı arasında sabit məzənnələrlə valyutaların qarşılıqlı mübadiləsinə dair razılaşmadır. Məsələn, Fed özü üçün avro götürür, AMB-yə dollar verir. Eyni zamanda, hər iki mərkəzi bank sadəcə olaraq öz milli valyutasını buraxır və dərhal dəyişdirirlər.
Əsir mübadiləsi
Əsir mübadiləsi — əsirləri – hərbi əsirlər, casuslar, girovlar və s. azad etmək üçün qarşıdurmada olan tərəflər arasında sövdələşmə. Bəzən cəsədlər mübadilənin bir hissəsi olurlar. Cenevrə Konvensiyalarına əsasən, xəstəlik və ya əlillik səbəbindən müharibə səylərinə töhfə verə bilməyən məhbuslar öz ölkələrinə geri qaytarılmaq hüququna malikdirlər. Bu, belə təsirə məruz qalan əsirlərindən sayından asılı olmayaraq qüvvədədir. Əsir götürən dövlət həqiqi tələbi rədd edə bilməz. 1929-cu il Cenevrə Konvensiyasına əsasən, bu, 68–74-cü maddələr və əlavə mətn ilə əhatə olunur. Ən böyük mübadilə proqramlarından biri Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən İkinci Dünya müharibəsi zamanı bu şərtlər altında həyata keçirilirmişdir. 1949-cu il Üçüncü Cenevrə Konvensiyasına əsasən, bu, 109–117-ci maddələrlə əhatə olunur.
Anabolik maddələr
Anabolik maddələr – orqanizmdə zülal sintezini stimullaşdıran preparatlar. Anabolik maddələr quruluşuna görə kişi cinsiyyət hormonlarına yaxın olan androgen xassəli steroidlərə (klostebol, metandiyenon, metandriol, nandrolon) və nisbətən zəif anabolik təsirli qeyri-steroidlərə (orot turşusu, inozin, karnozin, mildronat, kreatin-fosfat, etaden, metilurasil, pentoksil) bölünür. Anabolik maddələr orqanizmdə azotu, kaliumu,kükürdü, fosforu saxlamaqla azot mübadiləsinə müsbət təsir göstərir, sidik cövhərinin böyrəklərlə xaric olmasını azaldır və kalsiumun sümüklərdə saxlanılmasını təmin edir. Onlar, həmçinin, iştahanı artırır, əzələ kütləsini çoxaldır, sümüklərin minerallaşmasını, dəri və selikli qişa zədələnmələrinin epiteli ilə örtülməsini sürətləndirir. Anabolik maddələr kaxeksiya, artan əzələ distrofiyası zamanı, ağır cərrahi əməliyyatlardan, yanıqlardan, sınıqlardan sonrakı bərpa dövründə, sağalmayan yaralarda, osteoporozda, sümük iliyi qanyaranması çox zəiflədikdə, bəzi endokrin xəstəliklərdə istifadə olunur. Prostat və süd vəzilərinin xərçəngi, prostatit, kəskin hepatit, qara ciyər sirrozu zamanı, hamiləlik və əmizdirmə dövründə Anabolik maddələr əks göstərilir. İdmanda Anabolik maddələr klassik dopinq hesab olunur və istifadəsi qadağandır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Analgetik maddələr
Analgetik maddələr – ağrı hissini aradan qaldıran və ya zəiflədən dərman preparatları. Analgeziya (ağrıkəsən) təsirinə müxtəlif farmakoloji qrup preparatları malikdir. Bu, daha çox opioid reseptorlarla qarşılıqlı əlaqədə olan narkotik, opioid Analgetik maddələrdə təzahür edir. Analgetik maddələr anesteziologiyada, əsasən, ümumi anesteziya və cərrahiyə əməliyyatından sonrakı ağrını götürmək üçün istifadə edilir. Bu qrup Analgetik maddələrin əsas nümayəndələri morfin, fentanil (remifentanil), omnopon, promedol, trimeperidin, prosidol, butorfanol, moradol, stadol, nalbufin, tramadoldur. Analgetik aktivliyinə görə buprenorfin (tebain alkaloidinin yarımsintetik törəməsi) morfindən 20–50 dəfə üstündür və kiçik cərrahi əməliyyatlardan sonra intensiv ağrıları götürmək üçün təyin edilir. Opioid Analgetik maddələrin universal antaqonisti naksolondur; opioidlərin təsirini tez dayandırmaq və onları bütün opioid reseptorlardan xaric etmək üçün istifadə olunur. Qeyri-narkotik Analgetik maddələrə pirazolonun (amidopirin, analgin, antipirin, butadion), anilinin (antifebrin, parasetamol, fenasetin), salisil turşusunun törəmələri (asetilsalisil turşusu, natrium-salisilat, salisilamid) aiddir. Ağrı götürmə aktivliyinə görə onlar narkotik Analgetik maddələrdən xeyli geri qalır. Bundan əlavə onlar ancaq bəzi növ ağrılar (nevralgik, baş, diş və s.) zamanı effektlidir.
Aqrokimyəvi maddələr
Torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının tənzimləyiciləri və digər maddələr.
Partlayıcı maddələr
Barıt
Yuyucu maddələr
Yuyucu maddələr -səthi aktiv maddələrdir. Səthi aktiv maddələrin ən əhəmiyyətli xassələrindən biri, onların yuyucu maddə olmasıdır. Onlar yuyucu maddələr kimi çoxlu miqdarda alınır və geniş sürətdə işlədilir. Bəşəriyyət tarixində ən qədim səthi aktiv yuyucu maddə olan sabunun işləmə tarixi 2000 ilə yaxındır. Səthi aktiv maddələrin, o cümlədən sabunların yuyucu təsiri onların suda həll olduqda su fazasının səthi gərilməsini artıq dərəcədə azaltması ilə izah olunur. Bu cür su fazası hidrofob çirkləri yaxşı isladır, daha doğrusu bu su bərk cismin (parçanın) səthindən axaraq onun kiçik məsamələrinə hopur, onu isladır və çirk hissəciklərini bərk cisim (parçanın lifləri) ilə olan rabitəsinin zəifləməsinə səbəb olur. Bu zaman molekulların hidrofob aqreqatları olan çirk hissələri parçalanaraq, kiçik kolloid hisəciklərinə çevrilir. Yuyucu maddənin molekulları və ya mitselləri bu çür hidrofob hissəciklərdə adsorbsiya olunaraq, hidrofil qatlar əmələ gətirir. Bu qatlar hissəciklərin bərk cisimlə (parça ilə) əlaqəsibi daha da zəiflədir. Bu zaman zəif mexaniki təsirdən (sürtünmə, çalxalanma) yuyucu, maddə ilə əhatə olunmuş çirk hissəciklərinin parça ilə, habelə bir-biri ilə rabitəsi qırılır, onlar su məhluluna və köpüyə çevrilir.
Üzvi maddələr
Üzvi maddələr — biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr). Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır. Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur. Üzvi kimya bir çox elmlərlə əlaqəlidir. İlk növbədə q/üzvi kimya, biokimya, fiziki kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s. elmlərlə sıx əlaqəli inkişaf edir. Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur. Y. Sil, Ş. Jerar, E. Franklit, Kekule, A. Kuper, M. Lomonosov, A. M. Butlerov, M. Markovnikov, A. Zinin, N. Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y. Məmmədəliyev, Ə. Quliyev, A. Məhərrəmov, M. Qulubəyov, Ş. Ömərov və başqalarının xidmətləri olmuşdur. Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur.
Verilənlərin elektron mübadiləsi
Verilənlərin elektron mübadiləsi – rabitə (məsələn, telefon) şəbəkəsində informasiyasının (məsələn, sifarişlərin və qaimələrin) bir kompüterdən başqasına ötürülməsi. EDI vasitələri insanları kağızlarla bağlı gərəksiz işlərdən azad edir və rabitədə poçta və daşıma xidmətlərinə xass olan gecikmələri azaldır. EDI-nin səmərəliliyini artırmaq məqsədilə informasiyanın formatlanması və ötürülməsi standartları işlənib hazırlanıb. Belə standartlardan biri X.400 protokoludur.
Şəbəkəarası paket mübadiləsi
Şəbəkəarası paket mübadiləsi (ing. Internetwork Packet eXchange, rus. межсетевой пакетный обмен) – Novell NetWare şəbəkələrində paketlərin server və işçi stansiyalar arasında ötürülməsini və yönləndirilməsi üçün istifadə olunan təməl protokol. İlk versiyası Xerox şirkətində işlənib hazırlanıb. IPX paketləri Ethernet və ona bənzər sistemlərin paketləri ilə uyğun gəlmir. IPX yeddi səviyyəli OSI modelinin şəbəkə səviyyəsinə uyğundur, ancaq kanal səviyyəsinin bir sıra funksiyalarını da özündə birləşdirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet mübadiləsi nöqtəsi
İnternet mübadilə nöqtəsi (ing. Internet exchange point; IX və ya IXP) — IP şəbəkəsinin ümumi əsasları. Bu, iştirakçı internet servis provayderlərinə (ISP) öz şəbəkələri üçün nəzərdə tutulmuş məlumatların mübadiləsinə imkan verir. IXP-lər ümumiyyətlə bir çox fərqli şəbəkələrə, yəni məlumat mərkəzlərinə əvvəlcədən mövcud əlaqələri olan yerlərdə yerləşdirilir. Burada onların iştirakçılarını birləşdirmək üçün fiziki infrastrukturdan (sviçlər) istifadə edilir. Təşkilati cəhətdən əksər IXP-lərin hər biri öz tərkib hissəsi olan iştirakçı şəbəkələrinin (yəni, həmin IXP-də iştirak edən ISP-lərin dəsti) hər biri müstəqil qeyri-kommersiya birlikləridir. IXP-lərə əsas alternativ ISP-lərin öz şəbəkələrini bir-biri ilə birbaşa birləşdirdiyi özəl peering adlanan qarşılıqlı əlaqədir. IXP-lər provayderin yuxarı axın tranzit provayderləri vasitəsilə çatdırılmalı olan trafik hissəsini azaldır. Beləliklə, onların xidmətlərinin hər bit üçün orta çatdırılma dəyərini azaldır. Bundan əlavə, IXP vasitəsilə mövcud yolların sayının artması marşrutlaşdırma səmərəliliyini (marşrutlaşdırıcılara daha qısa yollar seçməyə imkan verməklə) və xətaya dözümlülüyünü artırır.
Səthi-aktiv maddələr
Səthi-aktiv maddələr(SAM) – xalq təsərrüfatının bir çox sahələrində müxtəlif məqsədlər üçün istifadə olunan maddələrdir. Qısaldılmış formada SAM-lar adlanır. SAM-lar yuyucu vasitələr, köpük və emulsiya stabilləşdiricisi, flotoreagentlər, hidrofoblaşdırıcılar, antistatiklər, korroziya inhibitorları və sair kimi işlədilir. SAM-ların müxtəlif təyinatlı olması, onlardan geniş miqyasda istifadə etməyə imkan verir. Məsələn, istehsal olunan anion, qeyri-ionogen, kation və amfolit səthi-aktiv maddələrin miqdarı ildə milyon tonlarladır. Neft sənayesində SAM-ların istehsalına təxminən 60-70 il bundan əvvəl başlanmışdır. 1939-cu ildə dünya miqyasında cəmi 14 min ton, 1960-cı ildə 1386 min ton, 1982-ci ildə isə 6500 min ton SAM istehsal olunmuşdur. Sonrakı illərdə istehsal olunan SAM-ların miqdarı daha çox artmışdır. SAM-ların bir hissəsi yuyucu xassəyə malikdir. Köməkçi komponentlər və doldurucularla (soda, fosfatlar, natrium sulfat və s.) əsas aktiv maddələrin yuyuculuq təsiri gücləndirilir.
Əldəqayırma partlayıcı maddələr
Əldəqayırma partlayıcı maddələr — partlayış üçün təyin olunmamış bir sıra digər təyinatlı maddələrdən (müxtəlif gübrələr, dərman preparatları, turşular, metal tozları və s.) düzəldilən partlayıcı maddələrdir. Əldəqayırma partlayıcı maddələr müxtəlif kimyəvi maddələrin birləşməsindən düzəldilir. Digər partlayıcılardan əsas fərqi isə, hər kəs tərəfindən düzəldilə bilinməsidir. Bu partlayıcıların gücü digər populyar sənaye partlayıcılarının gücünün- yəni trotil ekvivalentinin 60-90%-ni təşkil edir. Əldəqayırma partlayıcıların gücü qarışıqların tərkibinə görə dəyişir. Qarışığa sənaye istehsalı olan partlayıcılardan, xüsusi güc artıran qarışıqlardan qatılmaqla gücü artırıla bilər.
Türkiyə-Yunanıstan əhali mübadiləsi
Türkiyə-Yunanıstan əhali mübadiləsi — 1923-cü ildə Yunanıstan, Türkiyə və Bolqarıstan arasında məcburi əhali mübadiləsi. Yunanıstanın 1919-1922 İkinci Yunan-Türk müharibəsində məğlubiyyətinin və Lozanna Sülh Müqaviləsinin bağlanmasının nəticəsi idi. Yunanıstan ilə Türkiyə Böyük Millət Məclisi arasında 30 yanvar 1923-cü il tarixində imzalanan Konvensiya və Protokola uyğun olaraq 1 may 1923-cü ildən həyata keçirilir. Mübadilə təxminən 2 milyon insanı əhatə edir və xüsusilə Kiçik Asiya və Şərqi Trakyanın yunan əhalisi ilə əlaqəli bir məcburiyyət xarakteri daşıyır. Mübadilənin əsas məqsədi keçmiş Osmanlı İmperiyası ərazisində formalaşmış dövlətlərin milli tərkibini homogenizasiyalaşdırmaq və potensial etnik-dini azlıqlar tərəfindən separatizmin inkişafının qarşısını almaq olur. Yunanıstan ilə Türkiyə arasında mübadilə dini (etnik deyil) əsaslarla həyata keçirildi. Beləliklə yunan dilində danışan müsəlmanlar Yunanıstan ərazisini tərk etmək məcburiyyətində qaldı (xüsusən Krit - Krit müsəlmanları), yarımadanın içərisindən gələn xristianların əksəriyyətinin onsuz da yunan dilini itirərək türk dilini ana dili bilməsinə baxmayaraq Türkiyəni tərk etdi. Yunanıstan və Bolqarıstan arasında mübadilə etnik xətt üzrə baş verdi. Bolqarıstan və Türkiyə məcburi əhali mübadiləsi aparmadı. Eyni zamanda, demək olar ki, bütün pravoslav bolqarlar Türkiyə ərazisini tərk etdi.
Türkiyə–Yunanıstan əhali mübadiləsi
Türkiyə-Yunanıstan əhali mübadiləsi — 1923-cü ildə Yunanıstan, Türkiyə və Bolqarıstan arasında məcburi əhali mübadiləsi. Yunanıstanın 1919-1922 İkinci Yunan-Türk müharibəsində məğlubiyyətinin və Lozanna Sülh Müqaviləsinin bağlanmasının nəticəsi idi. Yunanıstan ilə Türkiyə Böyük Millət Məclisi arasında 30 yanvar 1923-cü il tarixində imzalanan Konvensiya və Protokola uyğun olaraq 1 may 1923-cü ildən həyata keçirilir. Mübadilə təxminən 2 milyon insanı əhatə edir və xüsusilə Kiçik Asiya və Şərqi Trakyanın yunan əhalisi ilə əlaqəli bir məcburiyyət xarakteri daşıyır. Mübadilənin əsas məqsədi keçmiş Osmanlı İmperiyası ərazisində formalaşmış dövlətlərin milli tərkibini homogenizasiyalaşdırmaq və potensial etnik-dini azlıqlar tərəfindən separatizmin inkişafının qarşısını almaq olur. Yunanıstan ilə Türkiyə arasında mübadilə dini (etnik deyil) əsaslarla həyata keçirildi. Beləliklə yunan dilində danışan müsəlmanlar Yunanıstan ərazisini tərk etmək məcburiyyətində qaldı (xüsusən Krit - Krit müsəlmanları), yarımadanın içərisindən gələn xristianların əksəriyyətinin onsuz da yunan dilini itirərək türk dilini ana dili bilməsinə baxmayaraq Türkiyəni tərk etdi. Yunanıstan və Bolqarıstan arasında mübadilə etnik xətt üzrə baş verdi. Bolqarıstan və Türkiyə məcburi əhali mübadiləsi aparmadı. Eyni zamanda, demək olar ki, bütün pravoslav bolqarlar Türkiyə ərazisini tərk etdi.
Ağ və boz maddələr
Praktik cəhətdən dəyərli maddələr
Praktik cəhətdən dəyərli maddələr – zərif üzvi sintez üsulu ilə az miqdarda reaktivlərlə alınan mürəkkəb quruluşa malik, tətbiqə yönələn qiymətli birləşmələrə deyilir. Zərif üzvi sintez sahəsində görülən işlərin son məqsədi müəyyən praktik tətbiqə malik, dəyərli xassələri olan maddələrin alınmasıdır. Təbii ki, o preparat praktiki cəhətdən tətbiq olunur ki, hal-hazırda bu məqsəd üçün buraxılan preparatdan öz effektivliyi, yeni xüsusiyyətləri, aşağı istehsal dəyəri ilə fərqlənsin. Belə yeni və effektiv maddələrin axtarışı çətindir və baha başa gəlir. Buna baxmayaraq ayrı-ayrı birləşmələr sinfi üzrə qanunauyğunluqlar aşkar edilmişdir, amma hələ də birləşmələrin quruluşunun xüsusiyyətləri ilə onların bu və ya digər fiziki və bioloji xassələri arasındakı qanunauyğunluqlar aşkara çıxarılmamışdır. Bu da zərif üzvi sintez sahəsində, optimal xassələrə malik olan yeni sinif və yeni tip maddələrin axtarışını çətinləşdirir. Yeni effektiv maddələrin axtarışı əsasən empirik və ya yarımempirik yolla çoxlu miqdarda maddələrin aktivliyin müəyyən növünə, məsələn pestisid kimi təsiri və ya antikorroziya xassələrinin yoxlanılmasından ibarətdir. Məsələn, yeni effektiv pestisidi aşkara çıxarmaq üçün neçə min yeni birləşməni sınaqdan keçirmək lazım gəlir, yeni mikroba və virusa qarşı preparatların tapılması üçün minlərlə maddənin bu xassələri yoxlanılır. Buradan aydın olur ki, praktikada tətbiq oluna biləcək və yeni rəqabətə davam gətirə biləcək preparatın buraxılmasına nə qədər qüvvə və vəsait sərf olunur. Təqribi hesablamalara görə, yeni pestisidin axtarışı və istehsalının təşkili hal-hazırda bir neçə milyon dollara başa gəlir.
Psixotrop maddələr haqqında Konvensiya
Psixotrop maddələr haqqında Konvensiya (Vyana Konvensiyası 1971-ci il) ― psixotrop maddələrin sui-istifadəsi ilə mübarizə və onların qanunsuz trafikinin qarşısını almaq məqsədi daşıyan BMT müqaviləsi. 1976-cı ilin avqustunda qüvvəyə minmişdir. 2008-ci ilin noyabr ayından etibarən 183 əyalət konvensiyaya qoşulmuşdur. İdarə olunan psixotrop maddələr terapevtik əhəmiyyətinə və istifadəsi ilə əlaqəli potensial riskə görə dörd siyahısı bölünür. Siyahı I - halüsinasiya xüsusiyyətlərinə malik maddələr elmi istifadə üçün təsdiqlənmiş və tibbi məqsədlə məhdudlaşdırılmışdır. Cədvəl II - yüksək asılılıq potensialına sahib maddələr və geniş yayılan, lakin terapevtik məqsədlər üçün istifadə edilməsinə imkan verən xüsusiyyətlərə sahib maddələr. Siyahı III. Siyahı IV. Noyabr 2008-ci il tarixinə beynəlxalq nəzarət altında olan 116 psixotrop maddə var. Bütün maddələr Cədvəl II, III və IV yalnız həkim resepti ilə verilməlidir, etiketlərdə və onlara əlavə vərəqələrdə lazımi xəbərdarlıq və tədbirləri daxil olmaqla istifadə qaydaları olmalıdır. Bu maddələrin xalqa reklamı qadağan edilməlidir. Cədvəl I-yə daxil olan maddələrin istifadəsi yalnız dövlət nəzarəti və ya xüsusi icazə altında olan tibb və ya tədqiqat müəssisələrində mümkündür.